Azərbaycanın qiymətli kağızlar bazarı 53% kiçilib
Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 2 milyard 159 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% azdır.
Ümumi rüblük göstəricinin 625 milyon manatlıq hissəsi ilkin bazarda (84,9% az), 1 milyard 534 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,6 dəfə çox) formalaşıb.
Ötən rüb qiymətli kağızlar bazarında 1 247 əqd bağlanılıb. Bu illik müqayisədə 2,6% çoxdur. Əqdlərin 160-ı ilkin bazarın (59,7% az), 1 087-si isə təkrar bazarın (32,9% çox) payına düşüb.
Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 888 milyon manatlıq hissəsi və yaxud 41,1%-i dövlət qiymətli kağızlarının, 848 milyon manatlıq hissəsi və yaxud 39,3%-i korporativ qiymətli kağızların, 422 milyon manatlıq hissəsi və yaxud 19,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 75,8% az, 5,9% çox və 4,2 dəfə çoxdur.
Ötən rüb bu bazarda bağlanmış əqdlərin isə 274-ü və yaxud 22%-i dövlət qiymətli kağızlarının, 741-i və yaxud 59,4%-i korporativ qiymətli kağızların, 232-si və yaxud 18,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 41,2%, 12,1% çox və 2,6 dəfə çoxdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
6 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 16 saat əvvəl