Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Martda bank sektoru 1 milyard manata yaxın kiçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Martda bank sektoru 1 milyard manata yaxın kiçilib

2020-ci ilin Fevral ayının sonu ilə müqayisədə Mart ayında Azərbaycanın bank sektorunun cəmi aktivləri 977 milyon manat azalaraq 32 milyard 219 milyon manata geriləyib.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Fevralın sonunda 33 milyard 196 milyon manat təşkil etmiş bank sektorunun cəmi aktivləri Martın sonunda 32 milyard 219 milyon manata düşüb.

Mart ayında müştərilərə verilmiş kreditlər 66 milyon manat azalaraq 15 milyard 233 milyon manata geriləyib.

Aktiv maddələri üzrə ən çox azalma Mərkəzi Bankda müxbir hesablarda olub - Martda 1 milyard 101 milyon manat azalaraq 2 milyard 918 milyon manatdan 1 milyard 818 milyon manata düşüb.

Martda bankların nağd vəsaitləri 417 milyon artaraq 1 milyard 786 milyon manata yüksəlib.

2020-ci ilin Fevral ayının sonu ilə müqayisədə Mart ayında bank sektorunda depozitlər 1 milyard 204 milyon manat azalaraq 20 milyard 587 milyon manata geriləyib.

bank sektoru
29.04.2020 18:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ