Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank sədri ümidsiz danışdı - BU İL OLMASA DA...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sədri ümidsiz danışdı - BU İL OLMASA DA...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yelo Bank” (daha əvvəl "Nikoyl" İKB) 2021-ci ildə mənfəətliliyə qayıtmağı planlaşdırır.

Bu sözləri bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaya deyib.

Reklam_3_11

"Biz cari ili mənfəətlə başa vurmağı planlaşdırırdıq, lakin koronavirus epidemiyası öz düzəlişlərini etdi. Bankın birinci rübü zərərlə başa vurması (6,2 milyon manat) faktı heç kimi qorxutmamalıdır, çünki çox zaman ilin əvvəlində aşağı fəallıq ilin sonunda mənfəətlə əvəz olunur. Hazırkı vəziyyət öz düzəlişlərini edir, buna görə də cari ilin sonunda olmasa da, gələn il mənfəətə qayıda biləcəyimizi düşünürük", - deyə Şurqaya bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bank kapitalını 91 milyon manatadək (31 mart 2020-ci il tarixinə 61,6 milyon manat) artırmağı planlaşdırır.

"Bankın səhmdarları artıq yığıncaqda qərar qəbul ediblər. Bankın kapitalı 30 milyon manat (31 mart 2020-ci il tarixinə 348 milyon manat) artırılacaq və bu, yaxın aylarda baş verəcək", - deyə Şurqaya bildirib.

Onun sözlərinə görə, kapitalın artırılması prosesi üç mərhələdə həyata keçiriləcək. "Hazırda bank kapitalın artırılmasına kəskin ehtiyac duymur. Buna görə kapitalın üç tranşla artırılması qərara alınıb. Bizim əsas məqsədimiz kapital gəlirliliyini 20%-ə qədər artırmaqdır", - deyə İdarə Heyətinin sədri vurğulayıb.

O əlavə edib ki, 2019-cu ilin yekunları üzrə kapital gəlirliliyi təxminən 5% təşkil edib.

İnterfaks-Azərbaycan

29.04.2020 18:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ