Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İcbari sığortaya xitam verilməyibsə, heç bir cərimə tətbiq edilməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari sığortaya xitam verilməyibsə, heç bir cərimə tətbiq edilməyəcək

İcbari Sığorta Bürosu (İSB) bildirir ki, Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, İcbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.

Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsi ilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.

Qeyd edək ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

30.04.2020 13:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ