Əmək müqaviləsi olan 320 min şəxsə birdəfəlik ödəmə verilmədi
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.
Bu barədə Marja-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq, Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.
Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.
Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Daha 100 min şəxsə də bu ödəmə veriləcək.
190 manat birdəfəlik yardım üçün 3 milyona yaxın şəxsin müraciət etdiyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
30 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır