"İtaliyanın çıxışı Avronun sonunun başlanğıcı ola bilər"

İqtisadi Araşdırmalar İnstitutu (Ifo) Dövlət Maliyyəsi və Siyasi İqtisadiyyat Mərkəzinin Direktoru Niklas Potrafke, İtaliyanın Avro Zonasından çıxmasının ittifaqın dağılmasının başlanğıcı ola biləcəyini deyib.
 
"Marja" xəbər verir ki, Almaniyanın mühüm iqtisadi və düşüncə təşkilatlarından biri oln Ifo, İtaliyanın Avro Zonasından çıxması ehtimalına və nəticələrinə dair "Frankfurter Allgeimeine Zeitung" qəzetilə birgə keçirdiyi  sorğusunun nəticələrini yayıb.
 
 İQTİSADÇILARIN BÖYÜK ƏKSƏRİYYƏTİ İTALİYANIN ÇIXIŞINA QARŞIDIR
 
Təxminən 100 Alman iqtisadiyyat professorunun iştirak etdiyi sorğunun nəticələrinə görə, iqtisadçıların  61%-i İtaliyanın Avro Zonasından çıxmasına qarşı çıxır,  29%-i isə İtaliyanın birlikdən çıxışının tərəfdarıdır.
 
Sorğuda iştirak edən iqtisadçıların təxminən 52%-i İtaliyanın çıxışının Avro Bölgəsinin sabitliyinə mənfi təsir göstərə biləcəyindən qorxarkən,  23%-i isə bunun təsirinin "çox mənfi" ola biləcəyini qeyd edib.
 
 İQTİSADÇILARIN  20%-İ, İTALİYANIN AVRO BÖLGƏSİNDƏN ÇIXACAĞINI DÜŞÜNÜR
 
Alman iqtisadiyyat professorlarının  57%-i İtaliyanın avrodan çıxış ehtimalının aşağı olduğunu düşünərkən, 14%-i bunu "çox aşağı" ehtimal kimi qiymətləndirib. Sorğuda iştirak edən iqtisadçıların  20%-i İtaliyanın Avro Zonasından çıxmasını mümkün sayır. İştirakçıların  6%-i isə bunu güclü ehtimal kimi qiymətləndirib.
 
Eyni zamanda, sorğu  iştirakçılarının 48%-i, valyuta ittifaqından çıxmağın İtaliyanın rəqabət gücünə müsbət təsir edəcəyini və  14%-də bunun "çox müsbət" təsirə malik olacağına inandığını bildirib.
 
 İTALİYANIN ÇIXIŞI, AVRO BÖLGƏSİNİN SONUNUN BAŞLANĞICI OLA  BİLƏR
 
 Ifo Dövlət Maliyyəsi və Siyasi İqtisadiyyat Mərkəzinin Direktoru Potrafke, sorğuya dair açıqlamasında, "İtaliyanın çıxışı, Avro Bölgəsinin sonunun başlanğıcı ola bilər. Əsas sual, İtaliyanın Avro Zonasından ayrılmasının Avropa Birliyinin sabitliyinə necə təsir edəcəyidir" ifadələrini istifadə edib.

20 Dekabr 2016 , 07:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin