PAŞA Bank bu il rekord məbləğdə xalis mənfəət hədəfləyir
“PAŞA Bank” ASC 2020-ci ilin yekunu üzrə 80-90 milyon manat civarında xalis mənfəət hədəfləyir.
Bunu Marja-ya PAŞA Bank-ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
“2020-ci ilin sonunadək kredit portfelimizi 2,2 milyard manatadək çatdırmağı nəzərdə tuturuq. Bu hədəfə çatmaq üçün kifayət qədər imkanımız var. Nəzərə alsaq ki, karantindən sonra bizneslər işləməyə başlayanda bankların rolu çox vacibdir. Çünki bizneslərin fəaliyyətlərini bərpa etmək üçün dövriyyə vəsaitlərinə ehtiyacları olacaqdır. Eyni zamanda, müxtəlif sahələr üzrə təşəbbüslərimizi həyata keçirərək bu rəqəmə nail olmağı hədəfləyirik. Həmçinin, 2020-ci il üzrə 80-90 milyon manat civarında xalis mənfəət planlaşdırırq”, - Bankın sədri deyib.
Xatırladaq ki, “PAŞA Bank” 2019-cu ili 75 milyon manat xalis mənfəət ilə başa vurub. Əgər proqnoz reallaşarsa PAŞA Bank-ın xalis mənfəəti 20%-ədək arta və Bank xalis mənfəətində rekord yeniləyə bilər. İndiyədək "PAŞA Bank" ən yüksək məbləğdə xalis mənfəəti 89 milyon 92 min manat olmaqla 2017-ci ildə əldə edib.
31 Mart 2020-ci il tarixində PAŞA Bank 4 milyard 759 milyon 677 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 859 milyon 320 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 9 saat əvvəl