Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində!

İlk dəfə keçirilən “Bakı Ticarət Festivalı” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprel ayının 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.

 

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

 

Koordinator: Elşən Səmədov

Email: [email protected]

Tel: (+944) 51 444 25 32

 

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

14.04.2017 09:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ