Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azercell" İraqda rouminq tariflərini endirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" İraqda rouminq tariflərini endirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin iyunun 6-dan etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti İraqda göstərilən rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək.

Şirkətin dərc etdiyi elanda bildirilir ki, qeyd olunan tarixdən "Azercell"in fakturalı və fakturasız ("Sim-Sim") xətt sisteminə aid nömrələrdə bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.

Belə ki, İraqda göstərilən rouminq xidməti üzrə daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,50 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi 7 manat, göndərilən hər bir SMS isə 0,50 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda bu tariflər İraqın daxili operatorlar ("Asia Cell" ("Ooredoo"), "Zain" ("Iraqna", "Orascom")) şəbəkəsindən asılı olaraq daxil olan zənglərin bir dəqiqəsi – 0,82-0,92 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi – 24,6-9,2 manat, bir SMS-in qiyməti isə 0,50-0,60 manat təşkil edir.

APA

rouminq Azercell
06.05.2020 10:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ