50 milyon dollarlıq ixrac iddiasındadır
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən olan “Azertexnolayn” MMC 2017-ci ildə 50 mln.dollar məbləğində məhsulların ixracını planlaşdırır. Bu barədə zavodun direktoru Tofiq Məmmədov jurnalistlərə bildirib.
“Azertexnolayn” 2017-ci ildə ixracın həcmini 2016-cı ilin səviyyəsində 50 mln. dollar saxlamağı planlaşdırır”, - deyə T.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, ötən il müəssisə 45 min polad boru Türkmənistana, 1 min ton hidrotexniki qurğular Rusiyaya, həmçinin Gürcüstana polietilen borular ixrac edib.
Bununla yanaşı, T.Məmmədov vurğulayıb ki, 2016-cı ildə şirkətin istehsal etdiyi məhsulların 52%-i ixraca yönəlidilib.
“Hazırda məhsulların ixracı məqsədilə Mərkəzi Asiya bazarlarını öyrənirik”, - deyə o əlavə edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl