Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Mərkəzi Bankı uçot dərəcəsini azalda bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bankı uçot dərəcəsini azalda bilər"

Azərbaycan Mərkəzi Bankı (AMB) yay aylarında uçot dərəcəsini endirməyə başlaya bilər. Analitiklər qrupu bildirir ki, dolların məzənnəsinin sabitləşməsi, dünya bazarında neft qiymətlərinin yüksəlməyə davam etməsi, Azərbaycanın yeni iqtisadi konyunkturaya uyğunlaşması, maliyyə sabitliyinin bərpa edilməsi fonunda AMB uçot dərəcəsinin endirilməsi məsələsinə baxa bilər. Qeyd edək ki, AMB ən son 2016-cı il sentyabrın 14-də uçot dərəcəsini 9,5%-dən 15%-ə yüksəldib.

 

Reklam_3_11

Azərbaycanda pul kütləsinin həcminin optimallaşdırılması dollara olan tələbatı getdikcə aşağı salır. Məhz dünən Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Azərbaycanın 2017-ci ilin ilk rübündə idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 17,1% azalma göstərib. Əksinə, ixracın həcmi isə 49,2% artıb.

 

"Amma qeyd etmək lazımdır ki, dolların məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşərsə, o zaman AMB-nin depozit və notlara, eləcə də kommersiya banklarının isə əmanətlərə görə 15% kimi yüksək gəlirlilik ödəməsi imkansız olacaq. Faizlərin endirilməsinə başlanması və dolların məzənnəsinin sabitləşməsi əhalinin dollar aktivlərindən tədricən imtina etməsinə gətirib çıxaracaq", - deyə analitiklər qeyd ediblər. 

 

Analitik qrup ilin sonuna qədər əmanətlərdə dollarlaşma dərəcəsinin cari 80% səviyyəsindən 50%-ə enəcəyini proqnozlaşdırır. Faizlərin azaldılmağa başlaması əhalinin daha uzun müddətə və yüksək faizlə əmanət yerləşdirməsinə, nəticədə kommersiya banklarının manatla kreditləşməni bərpa etməsinə gətirib çıxaracaq.

 

© Report

14.04.2017 11:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ