Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlılar restoran və hotellərə ən çox pul xərcləyənlər sırasındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar restoran və hotellərə ən çox pul xərcləyənlər sırasındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa ölkələri ailələrinin xərclərində restoran, kafe və hotellərə çəkilən xərclərə görə reytinqi açıqlanıb.

 

Reklam_3_11

Reytinqi "RİA Rating"in ekspertləri hazırlayıblar.

 

Məlumata görə, reytinqdə ilk sıranı restoran, kafe və hotellərə çəkilən xərclərin məcmu xərclərdə 1,3%-lə ən çox paya sahib olan İsveçrə və Portuqaliya tutur. İsveçrə adambaşına düşən 58 600 ABŞ dolları milli gəlirlə Avropada 4-cü ölkədir. Portuqaliyada isə adambaşına milli gəlir isə 27 900 ABŞ dolları təşkil edir. Sonrakı yerləri Yunanıstan (9,9%, 26 400 dollar), İspaniya (9,3%, 34 900 dollar) tutur.

 

Məcmu gəlirlərdə restoran, kafe və hotellərə ən az pul ayıran isə Rumıniya (1,4%, 20 900 dollar), Moldova (1,7%, 5 000 dollar ) və Ukraynar ( 2,4%, 8 000 dollar) əhalisidir.

 

Azərbaycan bu reytinqdə yer almasa da,  rəsmi statistik hesabatlar əsasında bu göstərici hesablanıb. Belə ki, Azərbaycanda əhalinin restoran, kafe və hotel xərclərinin məcmu xərclərdə payı 2015-ci ilin yekununda 8,76% olub. Bu göstərici əsasında Azərbaycan həmin reytinq siyahısında 4-cü sırada qərarlaşa bilər. Əhalinin milli gəliri sıralamasında isə 2015-ci ilin yekununa görə Azərbaycan 5 559 dollarla son sırada olan Moldovadan əvvəlki yeri tuta bilər.

 

©Report

 

14.04.2017 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ