Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Verilən kreditlər azalır, banklar daha az qazanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Verilən kreditlər azalır, banklar daha az qazanır

 

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları  zərərlə işləməyə davam edəcək. 

Reklam_3_11

 

 Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına görə, 2016-cı il yekunu üzrə iqtisadiyyata kredit qoyuluşu 15 800,2 mln. manat təşkil edib ki, bu da 2015-ci il yekunundan 5 027,4 mln. manat və ya 24,1% azdır.  2015-ci il 30 dekabr tarixinə AZN/USD rəsmi məzənnəsi 1,5594, 2016-cı il 30 dekabr tarixinə isə 1,7707 olub. Azərbaycanda kreditləşmə dərəcəsinin 50% civarında dalğalandığını nəzərə alsaq, məzənnədə artım kredit portfelini manat ekvivalentində genişləndirməli idi. Lakin, bank sektorunun kreditləşməni demək olar ki, dayandırması iqtisadiyyata kredit qoyuluşunu xeyli azaldıb və bu prosesin yaxın illərdə davam etməsi gözlənilir.

 

Kreditləşmənin minimuma endirilməsinin bankların faiz gəlirinə ciddi təsir edəcəyin gözlənilir. Bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirləri ilə zərərlərini kompensasiya etməyə çalışacaqlar. Hazırda AMB depozit hərraci ilə banklara yüksək faiz verərək onlara yardım edir. Lakin məzənnənin sabitləşməsi davam edərsə bu, mümkün olmayacaq. Qeyri-faiz gəlirlərinin əsas komponentini isə hazırda valyuta əməliyyatlarından gəlirlər təşkil edir. Lakin valyuta bazarında son günlər müşahidə olunan sabitlik bankların qeyri-faiz gəlirlərini də minimuma endirəcək. Bu vəziyyətdə bir çox kommersiya bankı ya bağlanmalı, ya da AMB valyuta məzənnəsini dalğalandıraraq onlara kömək etməlidir. Çünki, kreditlşmənin bərpası xeyli müddət uzana bilər.

 

Azərbaycan nağd valyuta bazarında dalğalanmaların davam edəcəyi, lakin məzənnə koridorunun daraldılacağı proqnozlaşdırılır. Cari vəziyyətdə AZN/USD məzənnəsi 1,60-1,70 diapazonunda ayda 2 dəfə dalğalanmalara məruz qala bilər.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

©Report

 

 

15.04.2017 10:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ