Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Apple, sürücüsüz avtomobil texnologiyası üçün icazə aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple, sürücüsüz avtomobil texnologiyası üçün icazə aldı

Amerikanın texnologiya nəhəngi Apple-ın "Sürücüsüz avtomobil texnologiyası" testlərinin Kaliforniya ştatında aparılması üçün icazə alıb.


 
 Kaliforniya Motorlu Vasitələr İdarəsindən (DMV) bildiriblər ki, Apple-ın sürücüsüz avtomobil texnologiyası inkişaf etdirmək üçün etdiyi müraciətin qəbul edildiyi qeyd olunub.

Reklam_3_11


 
 Beləliklə, Kaliforniya əyalətindəki dövlətə aid açıq yollarda, Apple-ın sürücüsüz vasitələrinin səlahiyyətli mühəndislərin himayəsi altında test edilməsi üçün lazımi icazələr alınmışdır.


 
 Apple-ın azalma qeyd edən iPhone ağıllı telefon və Mac kompyuter satışlarında yaşadığı itkini, "Project Titan" adı verilən sürücüsüz avtomobil texnologiyası proqramı sayəsində bərpa edə biləcəyini deyən mütəxəssislər, sürücüsüz avtomobil texnologiyası sektorunda artan rəqabətə və Apple-ın da bu sahədə çətinlik çəkə biləcəynə diqqəti çəkirlər.


 
 Kaliforniya ştatında sürücüsüz avtomobil texnologiyasını inkişaf etdirmək üçün avtomobil nəhənglərindən Volkswagen,  Mercedes Benz, BMW, General Motors, Ford, Nissan və Hondanın icazələri var.


 
 Bundan başqa, texnologiya nəhəngi Google, elektrikli avtomobil istehsalçısı Tesla ilə, şəxsi maşın sahiblərinin mobil tətbiqi vasitəsilə taksicilik etməsinə imkan təmin edən Uber, Kaliforniya ştatında sürücüsüz avtomobil texnologiyalarını test edirlər.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

15.04.2017 11:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ