Şüşə qablar istehsal edən müəssisə tikilir
Ağstafada yaradılan, özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirir.
Bu gün sənaye parkında 12 müəssisə fəaliyyət göstərir, bir zavodun inşası isə davam edir. Belə ki, burada polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin, şüşə və şüşə konstruksiyaların, plastik qapı-pəncərə və plastik konstruksiyaların, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir.
Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kvadratmetr olan keramika dam örtüklərinin istehsalı zavodunun və sutkada 2000 ədəd şüşə qablar istehsal edən müəssisəsinin tikintisi işləri davam etdirilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 7 saat əvvəl