Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kubadan Azərbaycana əczaçılıq təklifi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kubadan Azərbaycana əczaçılıq təklifi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kuba Azərbaycanla istənilən əməkdaşlığa hazırdır. Bunu müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir: "Bu, iqtisadi münasibətləri də inkişaf etdirməyə imkan verir".

Diplomatın sözlərinə görə, əməkdaşlığın prioritet istiqamətlərindən biri də səhiyyə və biotexnologiyalar sahəsi ola bilər: "Bakıda rəsmi görüşlər zamanı qeyd olundu ki, Azərbaycan tərəfi Kubanın bu sahədə təcrübə və biliklərindən ölkədə istifadə olunması üçün hər cür şərait yaratmağa hazırdır".

A.N.Portuondo bildirib ki, Kubanın səhiyyə sahəsi dünyada məşhurdur: "Ölkə bu regionda uğurla istifadə olunan ən yeni preparatların, biotexnologiyaların yaradılması və istehsalı sahəsində nailiyyətlər əldə edib. Kuba öz əczaçılıq məhsullarının Azərbaycana tədarükünü də təşkil etməyə və ölkənizə tibbi xidmətlər təklif etməyə hazırdır".

Onun sözlərinə görə, Kuba artıq Latın Amerikası, Avropa, Afrika, Yaxın Şərq, Rusiya, həmçinin digər MDB ölkələrinə tibbi xidmətlər tədarük edir: "Azərbaycan ölkəmizin bu siyahısında yeni istiqamət ola bilər".

© Trend

20.12.2016 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ