Necə oldu idxal azaldı, ixrac artdı?
Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycanın ixracı ötən ilin anoloji dövrü ilə müqayisədə təxminən 859 milyon manat və ya 49,2% artaraq 2 milyard 606 milyon ABŞ dolları təşkil edib.
“Marja” xəbər verir ki, ixracdakı artımın 634 milyon 734 milyon dolları xam neftin, 202 milyon 863 min dolları təbii qazın payına düşüb. Ümumilikdə, ixracın artmasına neft və qaz 837 milyon 697 milyon dollar, qeyri-neft məhsulları isə 21 milyon 748 min dollar kömək edib. Qısası, ixracın artması əsasən neftin qiymətinin artması ilə bağlıdır. Bu ilin 3 ayında Azərbaycan neftinin orta rüblük ixrac qiyməti ötən ilin eyni dövrünə nisbətən 25% artıb.
Dövlət Gömrük Komitəsinin digər bir məlumatına görə, bu ilin yanvar mart aylarında idxal ötən ilin anoloji dövrü ilə müqayisədə 17.12 % və ya 312 milyon 449 min dollar azalaraq 1 milyard 513 milyon ABŞ dolları təşkil edib.
İdxalın azalması yeyinti məhsullarının idxalının azalması ilə bağlı deyil. Əksinə yeyinti məhsullarının idxalı 20% artıb.
Azalma analoq daxili istehsalı olmayan seqmentlər üzrədir. Bu mövqelər üzrə Azərbaycan bazarı 100% idxaldan asılıdır. Söhbət nəqliyyat vasitələri, məişət və sənaye texnikası, elektrik cihazlarından gedir. Bu malların idxalı əvvəlki 713 milyon dollardan bu il 391 milyon dollara düşüb. Bu seqmentdə idxalın azalması 320 milyon dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl