Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Bank” 24 milyon manata yaxın mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” 24 milyon manata yaxın mənfəət açıqladı

“PAŞA Bank” ASC 2017-ci ilin 1-ci rübünü 23 milyon 946 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” xəbər verir ki, bu ilin yanvar – mart aylarında Bankın faiz gəlirləri 42 milyon 743 manat, qeyri-faiz gəlirləri 18 milyon 732 min manat təşkil edib. Bank gəlirinin 13 milyon 327 min manatını faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata ayırıb.

 

Qeyd edək ki, PAŞA Bank 2016-cı ilin birinci rübünü 36 milyon 904 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

AKTİVLƏRİ ARTIB

 

PAŞA Bank 31 Mart 2017-ci il tarixində 3 milyard 264 milyon 320 min manat cəmi aktivlərə, 2 milyard 837 milyon 985 min manat cəmi öhdəliklərə, 426 milyon 335 min manat cəmi kapitala malik olub.  PAŞA Bank 2016-cı ilin sonunda 3 milyard 138 milyon 803 min manat cəmi aktivlərə, 2 milyard 736 milyon 408 min manat cəmi öhdəliklərə və 402 milyon 395 min manat cəmi kapitala malik idi.

17.04.2017 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ