Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bank VTB (Azərbaycan)-dan yeni mobil əlavə - VTB eToken

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan)-dan yeni mobil əlavə -  VTB eToken
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətinə dəstək üçün VTB eToken adlı yeni mobil əlavəsini müştərilərinin xidmətinə verib. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Reklam_3_11

VTB eToken fasiləsiz olaraq hər 60 saniyədən bir birdəfəlik parollar yaradan əlavədir. Bu parolları daxil etməklə, müştəri öz internet bankinq səhifəsinə daxil olur və tranzaksiya əməliyyatlarını təsdiqləyə bilir.

 

Yeni əlavə tətbiq olunanadəkavtorizasiya və tranzaksiyaların təsdiqlənməsi üçün bankın müştəriləri mobil telefona gələn SMS-xəbərdarlıq vasitəsi ilə aldıqları birdəfəlik paroldan istifadə edir və ya Asan İmza elektron imzanı daxil edirdi. Yeni əlavə hesabına müştərilərin seçimi artmış və indi istifadəçilər VTB eToken, SMS-xəbərdarlıq və ya Asan İmzaavtorizasiya üsulundan birini seçə bilər.

 

İstifadə etmək üçün VTB eToken əlavəsini GooglePlay-dən və AppleStore-dan Android və ya iOS bazalı mobil qurğuya quraşdırmaq kifayətdir. VTB eToken istifadəçinin internet bankinqi ilə sinxronlaşdırıldıqdan sonra, əlavə avtomatik şəkildə parollar yaratmağa başlayır. VTB eToken əlavəsi offline rejimdə çalışdığından parol əldə etmək üçün internet bağlantısı tələb olunmur. Eləcə də, əlavənin işləməsi üçün mobil şəbəkə dəstəyi tələb olunmadığından telefon şəbəkə xaricində olduqda belə (o cümlədən ölkədən kənarda) əlavədən istifadə etmək mümkündür.

 

VTB eToken istifadə və sinxronlaşdırma qaydası ilə linkdəki qısa video-təlimatdan tanış olmaq mümkündür http://ru.vtb.az/internet_banking/login/.

 

İnnovativ əlavənin tətbiqi ölkənin yüksək texnologiyalı korporativ bankına çevrilməyi qarşısında əsas məqsəd qoyan bank VTB (Azərbaycan)-ın strategiyasına uyğundur. Bu strategiya çərçivəsində bank yaxın zamanlarda mobil bankinqin tətbiqini planlaşdırır.

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

20.12.2016 08:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ