Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdakı bayram yarmarkası çadırları sökülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdakı bayram yarmarkası çadırları sökülür

Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsi üçün hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb. Bu barədə  Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

 

Reklam_3_11

Qurum sözçüsü bildirib ki, buna səbəb çadırların təhlükəsizliyi ilə bağlı texniki şərtlərin tələb edilməsidir:

 

"Çadırların fəaliyyət göstərməsilə bağlı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarından texniki şərt almaq tələb olunur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hələlik müraciətə cavab verilməyib. Əgər çadırlar texniki şərtlərə cavab verməsə söküləcək və bayram yarmarkaları açıq hava şəraitində təşkil ediləcək. Texniki şərtlər alınmadığından isə hələlik yarmarkaların çadırlarda fəaliyyət göstərməsinə icazə verilmir".

Ə.Bağırov deyib ki, hazırda Bakıda 10 yerdə bayram yarmarkası çadırı qurulsa da, onların fəaliyyət göstərməsinə icazə verilməyib:

"Məsələn, metronun "Neftçilər" stansiyasının qarşısında quraşdırılan bayram yarmarkası çadırı sökülüb. Ola bilsin ki, başqa çadırlar da sökülsün".

 

© Trend

20.12.2016 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ