Səudiyyə Ərəbistanın neft ixracı Fevral ayında iki ilin ən aşağı səviyyəsinə enib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı Fevral ayında gündəlik 6.95 milyon barel neft ixrac edib. Bu göstərici Yanvar ayında gündəlik 7.71 milyon barrel səviyyəsində idi. İstehsal isə həmin dövrdə gündəlik 9.7 milyon barreldən 10.01 milyon barrelə qalxdıb.
Fevral ayı ixracatı, beləliklə 2015-ci ilin May ayından bu yana ən aşağı səviyyəyə enib.
İraqın ixracı həmin dövrdə gündəlik 3.88 milyon barreldən 3.869 milyon barrelə düşərkən, Kanadanın ixracı 2.7 milyon barreldən 2.87 milyon barrelə çıxıb.
Rusiyanın istehsalı Yanvar ayındakı səviyyə olan gündəlik 10.5 milyon bareldən 10.77 milyon barelə yüksəlib.