Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Taksilərdə vahid tariflər tətbiq olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taksilərdə vahid tariflər tətbiq olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Bunu müsahibəsində BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

 

Reklam_3_11

"Bu gün taksi qiymətləri təxminən eynidir. Amma biz tez-tez görürük ki, sürücü küçədə özü avtomobilin damına "şahmat" qoyur və taksi fəaliyyətinə başlayır. Elələri olur ki, küçələri də normal tanımır. Taksilərə qoyulan tələblər arasında bu da var ki, şəhərin küçələrini tanımalıdırlar. Sürücü-təlim kursunda iştirak edən sürücülərə Bakı şəhərinin küçələrini tanıdırlar, sonra sürücü bununla bağlı testdən keçir. Qeyri-qanuni taksi fəaliyyətinə son qoyulacaq. Heç bir sürücü istədiyi vaxt maşının damına "şahmat" qoyub, taksi fəaliyyəti göstərməyəcək. Bundan başqa, biz taksi xidməti ilə bağlı vahid tarif tətbiq etmək niyyətindəyik. Bilirik ki, qarlı havalarda taksilər gediş haqlarını qaldırır, 5 manatlıq yolu 20-25 manata aparırlar. Bu da yenə şüurdan irəli gələn məsələdir. Taksi sürücüsü bilməlidir ki, apardığı şəxs də onun kimi vətəndaşdır, taksi sürücüsü kimi o da pul qazanmalıdır və bunun üçün qarlı havada işə gedir. Bununla bağlı medianın da üzərinə böyük vəzifə düşür. Biz İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etmişik ki, Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid tariflər tətbiq olunsun: gecə tarifi ayrı, gün boyu tarif ayrı. Başqa sözlə, bilinsin ki, 10 kilometrədək taksi filan qiymətə aparacaq. Bu zaman həm də taksilər arasında sağlam rəqabət olacaq. Vətəndaş biləcək ki, ən yaxşı maşında da getsə, nisbətən rahat olmayan avtomobil ilə də getsə, tarif eynidir. Bu halda vətəndaş özü daha yaxşı nəqliyyat vasitəsinin seçəcək. Belə olduqda yol təhlükəsizlik qaydalarına riayət etməyən "xalturşik"lər təbii yolla kənarlaşdırılacaqlar", - deyə o bildirib.

 

Qurum rəhbəri bildirib ki, vahid tarifin tətbiq olunması ideyası sahibkarlar tərəfindən müsbət qarşılanıb.


Müsahibənin tam mətni bir qədər sonra sayta yerləşdiriləcək.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

 

© APA

18.04.2017 12:28

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ