Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Manat üçün təhlükə yarana bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manat üçün təhlükə yarana bilər"

Xəbər verdiyimiz kimi, Neft Fondundan Mərkəzi Banka bu ilin I rübündə 2 milyard 279 milyon manatlıq transfert edilib. 

 

Reklam_3_11

İqtisadçılar bu transfertin nəticəsində dolların manata nəzərən ucuzlaşdığını qeyd ediblər. 

 

“Marja” “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı Samir Əliyev bildirib ki, ümumilikdə bu il ərzində  Mərkəzi Banka 7,5 milyard manat vəsait köçürülməsi planlaşdırılırdı: “Bu da hər rübə təxminən 1,9 milyard yaxın vəsait edir. Amma ilk rübdə nəzərdə tutulandan bir qədər çox, yəni, 2, 3 milyard manat vəsait köçürülüb”.

 

Ekspert xatırladıb ki,  yanvarın axırından başlayaraq ölkədə  dollar qıtlığı yaşanmır, əksinə bolluq yaranıb və sürətli olaraq ucuzlaşma baş verib: “Bunun ilk növbədə səbəbi pul  kütləsinin çatışmazlığıdır. Bankların əlində manat qıtlığı olduğuna görə onlar dollar hərraclarında aktiv şəkildə iştirak edə bilmirlər. Bu amil makroiqtisadi sabitlik baxımından valyuta bazarını nəzarətdə saxlamağa imkan verdi. Ancaq ilk növbədə başa düşülürdü ki, bu transfertlər xarici borcların ödənilməsinə sərf olunacaq. 1-ci ayda Mərkəzi Bankın valyuta ehtiyatı 1, 3 milyon manat artdı. İndi də  valyuta bazarında sabitlik var. Ancaq bunun özündə də problem var. Çünki bu sabitlik transfertin hesabına baş verib. Bəs növbəti illərdə transfert olmazsa vəziyyət necə olacaq? Manat üçün təhlükə yarana bilər. Belə ki, Neft Fondunun vəsaitləri uzun müddət sabitlikdə rol oynamaya bilər”. 

18.04.2017 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ