Bütün təhsil müəssisələri vahid platformada birləşdiriləcək
Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrini vahid sistemdə birləşdirəcək "Unibook" platforması yaradılacaq. Bu yeniliyi "Neuron Technologies" şirkəti reallaşdıracaq.
Şirkətin icraçı direktoru İsmayıl Ələkbərov "Report"a bildirib ki, hazırda ölkədə bəzi universitetlərdə "Unibook" artıq tətbiq olunur, lakin şirkət bu platformanı kütləvi formaya çatdıracaq və vahid sistem yaradacaq.
"Unibook"la tələbə və müəllimlərin vahid məlumat bazası, elektron jurnallar, dərsə davamiyyət, imtahanların elektron şəkildə şəffaf keçirilməsi, qiymətəndirmənin aparılması, hesabatlılıq sistemi, statistik məlumatların götürülməsi və emalı, çatdırılması, elektronlaşdırılması və s. nəzərdə tutulub.
"Əslində, bu sistem çox az ölkədə tətbiq edilib. "Unibook" sisteminin tətbiqi ilə bağlı MDB və Avropanın bəzi ölkələrində paralellər həyata keçiririk. Bir sıra Avropa ölkələri bu sistemə maraq göstərir. Məsələn, Macarıstanda dövlət təhsil sistemi bu şəkildə qurulub. Onlarda analoji sistem var, lakin mövcud texnologiyaları köhnədir. Bu texnologiya daim yenilənməlidir. Hazırda irəli sürdüyümüz texnoloji platforma mütərəqqi texnologiyadır. O, həm sürətli, həm məlumatların çevik emalı, həm də əlçatarlılıq baxımından üstünlük əldə edir. Bu sistemin artıq növbəti ildən tətbiq edilməsinə hazırlaşırıq", - deyə İ.Ələkbərov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl