Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da, ölkəyə 11 il çatacaq təbii qaz ehtiyatı tapıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da, ölkəyə 11 il çatacaq təbii qaz ehtiyatı tapıldı

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS)  verdiyi açıqlamaya görə, Texas və Louisiana əyalətlərinin cənubundakı Bossier və Haynesville sahələrində 8 trilyon 610 milyard kubmetr qaz və 4 milyard barrel də xam neft ehtiyatı kəşf edilib.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkədə keçən il cəmi 779 milyard kubmetr qaz istehlak edilib. Ölkədə illik qaz istehlakının keçən il sabit qalması və yeni kəşf edilən 8 trilyon 610 milyard kubmetr qaz ehtiyatının çıxarılması vəziyyətində, yalnız bu iki yataqdan hasil ediləcək qaz Amerikanın 11 illik ehtiyacını tək başına ödəyəcək.

Reklam_3_11


 
Keçən ilin sonunda ümumi qaz ehtiyatı 10,4 trilyon kubmetr olaraq hesablanan ABŞ-da, sözügedən yeni kəşflərlə ümumi qaz ehtiyatı 19 trilyon kubmetri keçib. Beləliklə, sabit istehlak və ehtiyatların çıxarılması şərtilə, ölkədə 24 ildən artıq qaz sıxıntısı baş verməyəcəyi proqnozlaşdırılır.

19.04.2017 11:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ