Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Gazelli Group” daha 5 ölkənin bazarına çıxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gazelli Group” daha 5 ölkənin bazarına çıxacaq

“Gazelli Group” məhsullarının Dubay, İran, Qətər və Cibutiyə ixracı ilə bağlı danışıqlar aparır.

 

Bu barədə “Gazelli Group”un mətbuat katibi Yelena Eyvazlı deyib.

 

“Azərbaycanın ixrac siyasətində “Gazelli Group” olaraq biz də aktiv iştirak etməyə çalışırıq. Məhsullarımız artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrə ixrac edilir, Dubay, İran, Qətər, Cibuti ilə ixracla bağlı danışıqlar aparılır. Şirkətimiz, eyni zamanda, Qətərdə və Türkiyədə sərgilərə qatılaraq öz məhsullarını nümayiş etdirib. Bu ayın sonunda məhsullarımızın Qazaxıstana ixracı ilə bağlı danışıqların aparılması nəzərdə tutulub”, - deyə o qeyd edib.

 

18 ildir fəaliyyət göstərən “Gazelli Group” Azərbaycanın ilk milli kosmetika şirkətidir. Məhsulların hazırlanmasında ölkənin təbii nemətlərindən istifadə edilir, bu da onları daha da fərqli edir. Məsələn, “Buta” brendi nar, heyva, xurma, reyhan və tərxun kimi ekstraklardan hazırlanır. “Gazelli” milli brendi ölkəmizin fəxridir. Bu brendin hazırlanmasında Naftalandan alınmış aktiv maddələrin ekstraktı istifadə edilir. “Gazelli Group” MDB məkanında yeganə şirkətdir ki, öz “Naftalan oil” ekstraktını baş ofisi ABŞ-da yerləşən kosmetik inqridiyentlərin beynəlxalq nomenklaturasına salıb. Şirkət artıq 100-dən çox vacib aktiv inqridiyentə patent alıb və gündəlik istifadə üçün önəmli olan 500-dən çox növ məhsulu yaradıb. Söhbət saç üçün şampunlar və balzamlar, maye və quru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənaye məhsulları və s. gedir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

20.04.2017 06:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ