Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sərvəti 100 milyon dollar azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərvəti 100 milyon dollar azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb.   2016-cı il ərzində 200 rusiyalı biznesmenin sərvəti 100 mlrd. dollar artaraq 460 mlrd. dollara çatıb.

 

Ümumilikdə rusiyalı milyarderlərin sayı 77-dən 96-ya qalxıb.

 

Beləliklə, "Novatek" və "Sibur" şirkətlərinin həmtəsisçisi Leonid Mixelson ən zəngin rusiyalı iş adamı ünvanını qoruyub. Onun sərvəti 18,4 mlrd. dollar təşkil edir.
 

 

Təhlil göstərir ki, il ərzində ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu sektorun səhmləri digərlərindən daha çox bahalaşıb - "RTS Metal & Mining" indeksi hesabat dövründə 93% möhkəmlənib. Beləliklə, "Forbes Russia"nın tərtib etdiyi reytinqin zirvəsində 6 "metallurq" qərarlaşıb. Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin sərvəti 6,8 mlrd. dollar artsa da, o, var-dövlətini 6,6 mlrd. dollar artıran "Severstal"ın sahibi Aleksey Mordaşova qabaqlaya bilməyib və reytinqin üçüncü pilləsi ilə kifayətlənib. Mordaşovun 17,5 mlrd. dollar, Lisinin isə 16,1 mlrd. dollarlıq sərvəti var.

 

İl ərzində sərvətini 4,6 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran Gennadi Timçenko reytinqin dördüncü pilləsindədir. Qeyd edək ki, Mixelson kimi Timçenko da "Sibur" neft-kimya kompleksinin səhmdarıdır.
 

 

2015-ci ilin yekunlarına əsasən 8,9 mlrd. dollarlıq sərvətlə reytinqin 9-cu pilləsində qərarlaşan həmyerlimiz, "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov ötən il ərzində 8,9 mlrd. gəlir əldə edib və 14,5 mlrd. dollarlıq göstərici ilə 5-ci pilləyə yüksəlib.
 

Qeyd edək ki, Ələkbərov həm "Lukoil" şirkətinin prezidenti, həm də səhmdarıdır (23%).

 

© APA

 

Vahid Ələkbərovla yanaşı daha bir həmyerlimizin işləri qaydasında gedir. Belə ki, "Crocus Group" şirkətlər qrupunun təsisçisi və rəhbəri Araz Ağalarov 2016-cı il ərzində sərvətini 500 mln. dollar artıraraq 1,7 mlrd. dollara çatdırıb. Beləliklə, Ağalarov 55-ci pillədən 51-ə yüksəlib.

 

Maraqlıdır ki, ən zəngin rusiyalı iş adamlarının reytinqində yer alan digər üç həmyerlimiz ötən ili zərərlə başa vurub. Belə ki, Zarax İliyev, Qod Nisanov və Fərhad Əhmədovun sərvəti il ərzində 100 mln. dollar azalıb. İliyev və Nisanov 3,1 mlrd. dollarlıq göstərici ilə müvafiq olaraq 34 və 36-cı yerləri bölüşdüyü halda, Əhmədov 1,3 mlrd. dollarla 67-ci yerlə kifayətlənib. 

20.04.2017 09:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ