Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Girov əmlakların satılması üçün hərrac mərkəzi yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Girov əmlakların satılması üçün hərrac mərkəzi yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində hərrac mərkəzinin açılması prosesinə start verilib". Bunu  açıqlamasında ABA-nın Hüquq ekspert komissiyasının sədri Qorxmaz Ağayev deyib.

 

Onun sözlərinə görə, hal-hazırda bununla bağlı təşkilati işlər gedir, bu işlər bitdikdən sonra mərkəz fəaliyyətə başlayacaq:

 

"Burada söhbət banklarda problemli borclarla əlaqədar müştərilərin girov qismində olan əmlaklarının hərrac vasitəsilə satışından gedir. Bura həm məhkəmə mərhələsində olan, yəni prosesin başlanıldığı və məhkəmənin satışla bağlı qərar çıxardığı, həm də artıq satılaraq bankın mülkiyyətində olan əmlaklar aiddir. Bundan başqa, elə hallar olur ki, müştərilər bankla razılığa gələrək borcun qaytarılması müqabilində girovda olan əmlakın satışına icazə verirlər. Bu üç hal üzrə hərrac fəaliyyətə başlayacaq. Azərbaycanda girov predmeti olan əmlakların mərkəzləşdirilmiş, vahid satış bazarı olmadığından müştərilər bu əmlaklar barədə ətraflı məlumat əldə edə bilmirlər. Banklar istəyir ki, bu məlumatı geniş bazara çıxarsın. Belə ki, bazar iştirakçıları bu məlumatlardan şəxsi və digər ehtiyacları üçün istifadə edə bilərlər. Hətta bu məqsədlə elektron informasiya resursunun formalaşdırılması da nəzərdə tutulur".
 

Qeyd edək ki, hərrac mərkəzi vasitəsilə bağlanan bankların, ləğv olunmuş sığorta şirkətlərinin də əmlakları satışa çıxarıla bilər.

 

© APA

20.04.2017 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ