“Lulu” və “Union Cop” şəbəkəsi: Azərbaycan məhsullarına böyük maraq var

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərdədir.

 

"Marja" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olub və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparlılıb. Qeyd edilib ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır.

 

Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

 

Azərbaycan iş adamları həmçinin, BƏƏ-nin “Union Cop” mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə görüşüblər. Görüşdə Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin “Union Cop” mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb. Qeyd edilib ki, artıq bəzi Azərbaycan məhsullarının “Union Cop” mağazalar şəbəkəsində satışı həyata keçirilir. Bununla belə, Azərbaycan məhsullarına maraq böyükdür.

 

Bu gün – aprelin 20-də isə Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və bir sıra ikitərəfli görüşlər keçiriləcəkdir. 

20 Aprel 2017, 16:19   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]