“PAŞA Həyat”dan növbəti iri həcmli ödəniş
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin banka olan 36 288 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 7 sığorta hadisəsinə görə ümumilikdə 161 860 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
40 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır