Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azərsığorta”dan "qətl" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsığorta”dan "qətl" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 

“Azərsığorta” şirkəti filial müdirinin qətlə yetirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib ki, Tovuz rayon şöbəsinin müdiri Raya Bayromavanın qətlinin sığorta şirkətindəki fəaliyyəti ilə bağlılığı yoxdur. O hadisənin şəxsi zəmində baş verdiyini güman edir:

 

“Hazırda əməliyyat olunduğum üçün işə çıxmıram. Mənə verilən məlumata görə, hadisə şəxsi zəmində baş verib. Hadisənin təfərrüatları isə istintaq orqanlarının araşdırmasından sonra məlum olacaq”.

 

Filialın baş mühasibi Vidadi Vəliyevin ağır xəsarət almasına gəlincə, sədr müavini bildirib ki, bu qətllə bağlı deyil: “V.Vəliyev təmir işləri ilə bağlı binanın fasadına çıxarkən  ordan yıxılıb”.  

 

Qeyd edək ki, aprel ayının 22-də axşam saatlarında “Azərsığorta” şirkətinin Tovuz rayon şöbəsinin müdiri 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı qətlə yetirilib. Filialın baş mühasibi 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu isə kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Xatırladaq ki, qətlin kimlər tərəfindən və hansı şəraitdə törədilməsi, hələlik məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

© Fins.az

24.04.2017 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ