Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xi və Trump telefonda Şimali Koreyanı müzakirə ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xi və Trump telefonda Şimali Koreyanı müzakirə ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Prezidenti Xi Jinping və ABŞ Prezidenti Donald Trumpın telefonda Şimali Koreya mövzusunu müzakirə etdiyi bildirilib.


 
 "Marja" xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) xəbərinə görə, Xi ilə Trump telefon danışığı aparıb.

Reklam_3_11


 
Danışıq zamanı Pekin rəhbərliyinin, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının qətnamələrinə zidd hər cür hərəkətə qarşı olduğunu vurğulayan Xi, tərəfləri təmkinli olmağa dəvət edərək bölgədə təzyiqi artıracaq hərəkətlərdən uzaq dayanmaq lazım olduğunu bildirib.


 
Çin Dövlət Başçısı, tərəflərin yalnız lazımi məsuliyyəti üzərinə götürərək birgə hərəkət etməsi halında Şimali Koreyanın nüvə məsələsinin həll olunacağını və Koreya Yarımadasının nüvədən təmizlənə bilinəcəyini ifadə edib.


 
Xi, bu məsələdə Vaşinqton rəhbərliyinin daxil olduğu bütün tərəflərlə birgə hərəkət edərək yarımada, şimal-şərq Asiya və dünya sülhü üçün səy sərf etməyə hazır olduqlarını vurğulayıb.


 
Xəbərdə, Xi və Trumpın, yaxın dialoqun davam etdirilməsinin razılaşdırıldığı bildirilib.

24.04.2017 08:55

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ