Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR dünyanın tanınmış şirkətlərilə yeni müqavilələr imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 SOCAR dünyanın tanınmış şirkətlərilə yeni müqavilələr imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 20-də SOCAR GPC layihəsi çərçivəsində müasir texnologiyaların tətbiq olunması ilə təbii qazın mükəmməl emalı və yüksək keyfiyyətli polimer məhsulları istehsal edilməsi məqsədilə SOCAR-la dünyanın neft-kimya sənayesində mühüm texnologiyalara sahib olan “Technip”, “Univation”, “Axens” və SinopecTech şirkətləri arasında texnologiya lisenziyası müqavilələri imzalanmışdır.

 

Reklam_3_11

İmzalanan müqavilələrə əsasən, SOCAR həmin layihə çərçivəsində müvafiq texnologiyalardan istifadə lisenziyasını əldə edir, lisenziya verən şirkətlər isə Bakının 15 kilometrliyində, Qaradağda tikiləcək qaz emalı və qaz-kimya zavodları üçün müvafiq mühəndislik və dizayn həllərini SOCAR-a təqdim edirlər. 

Tədbirin əvvəlində dekabrın 15-də “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin, eləcə də dörd ölkənin səfirinin tədbirdə iştirak etdiyini nəzərə alaraq, dünən onların terror aktı nəticəsində faciəli surətdə həlak olmuş həmkarları - Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 



SOCAR GPC layihəsi haqqında qısa videoçarxın nümayişindən sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirakçıları salamlayaraq, Azərbaycanda həyata keçirilən yeni enerji strategiyasının nailiyyətlərindən, bu strategiya çərçivəsində reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli layihələrin uğurundan və həmin layihələrin icrasında xarici şirkətlərlə SOCAR arasında yaranmış sıx əməkdaşlıq münasibətlərindən danışmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan bir sıra layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qaz ehtiyatlarının Avropaya nəqli üçün Cənub Qaz Dəhlizi çərçivəsində Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisinin beynəlxalq əhəmiyyətini qeyd edən SOCAR prezidenti daha sonra şirkətin Azərbaycanda və Türkiyədə həyata keçirdiyi iri investisiya layihələrindən söz açmış, bu layihələrin maliyyələşdirilməsində və icra olunmasında iştirak edən xarici şirkətlərin rolunu vurğulamışdır. Bugünkü tədbirlə SOCAR GPC layihəsinin həyata keçirilməsinə start verildiyini diqqətə çatdıran Rövnəq Abdullayev layihə iştirakçılarına uğurlar arzulamış, tədbirdə iştirak etdikləri üçün ABŞ, Fransa, İtaliya və Çinin Azərbaycandakı səfirlərinə təşəkkürünü bildirmişdir. 


Sonra layihənin iştirakçıları - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini Ju Yinquan, “Univation Technologies” şirkətinin prezidenti Stiv Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru Fabyen Lundi, “Technip EMİA” şirkətinin prezidenti Marko Villa, “China Huanqiu Contracting&Engineering; Corporation” - HQC şirkətinin icraçı vitse-prezidenti Janq Laiyonq, “Fluor” şirkətinin vitse-prezidenti və mühəndislik və tikinti üzrə baş regional meneceri Mark van Heyningen çıxış etmişlər. 



Bildirilmişdir ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin Çinin İpək Yolu İqtisadi Kəməri layihəsi çərçivəsində maliyyələşdirilməsi planlaşdırlır. SOCAR GPC Layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalı, C2+ fraksiyalarının polimerləşməsi, əldə olunan polietilen və propilen məhsullarının Türkiyə, Qərbi Avropa və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsullarının ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır. 

Yeni layihə şərçivəsində illik istehsal gücü 10 mlrd. m3 olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılmışdır. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələlər əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan HQC şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. 


Müqavilələri SOCAR tərəfdən şirkətin prezidenti Rövnəq Abdullayev, qarşı tərəflərdən - “Sinopec” şirkətinin baş menecerinin texniki məsələlər üzrə müavini Ju Yinquan, “Univation Technologies” şirkətinin prezidenti Stiv Stenli, “Axens” şirkətinin satışlar üzrə direktoru Fabyen Lundi, “Technip EMİA” şirkətinin prezidenti Marko Villa imzalamışlar. 



Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Fransanın Azərbaycandakı səfiri Aurelia Bouchez, İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo və Çinin Azərbaycandakı səfiri Hong Jiuyin iştirak etmişlər. 



 

20.12.2016 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ