Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən böyük sement şirkəti İŞİD-ə pul verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən böyük sement şirkəti İŞİD-ə pul verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

LafargeHolcim-in İcraçı Direktoru istefa verdi


 
Fransanın inşaat nəhəngi LafargeHolcim-in İcraçı Direktoru Eric Olsen, şirkətin Suriyada fəaliyyət göstərməsi üçün İŞİD teror təşkilatı daxil bir çox qrupa pul verdiyinin ortaya çıxması ilə bağlı istintaq davam edərkən istefasını açıqlayıb.


 
"QƏBUL EDİLMƏZ" MÜQAVİLƏLƏR


"Marja" xəbər verir ki, Dünyanın ən böyük sement şirkəti olan LafargeHolcim Group-un, 2012 və 2014-cü illər arasında Suriyada yerləşən sement zavodunun təhlükəsizliyini təmin etmək üçün İŞİD və müxtəlif təşkilatlarla "qəbul edilməz" müqavilələr bağladığı ortaya çıxıb. Şirkət, Suriyadakı zavodunun 19 Sentyabr 2014-cü ildə İŞİD-in əlinə keçməsinin ardından ölkədəki fəaliyyətlərini dayandırmışdı.


 
 KEÇİŞ İZNİ ÜÇÜN İCAZƏ SƏNƏDİ


 
Fransa mətbuatındakı xəbərlərə görə, şirkət 2013-cü ildə Suriyadakı fəaliyyətlərini davam etdirmək məqsədilə İŞİD ilə razılaşmış və teror təşkilatı şirkətin əməkdaşları üçün keçid sərbəstliyini təmin edən bir icazə sənəd hazırlayıbmış.


 
Fransa İqtisadiyyat Nazirliyi, keçən yanvar ayında Suriyadakı fəaliyyətləri səbəbilə şirkətlə bağlı istintaq başlanıldığını bildirmişdi. LafargeHolcim rəhbərliyindən edilən açıqlamada isə istintaq çərçivəsində Olse-nin Suriyadakı fəaliyyətlərdən xəbərdar olmadığı nəticəsinə gəlindiyi bildirilmişdi.


 
Şirkətə qarşı ittihamlar qarşısında təzyiqi azaltmaq məqsədi ilə istefa qərarı verdiyini açıqlayan Olse-nin 15 İyulda vəzifəsindən ayrılacağı, yerinə şirkət rəhbərlərindən Beat Hess-in keçici müddətlə İcraçı Direktor təyin olunacağı bildirilib.


 
Mütəxəssislər, Olsenin istefasının Suriya araşdırması səbəbindən böhran yaşayan şirkətdə mühüm bir rəhbərlik boşluğu yaradacağına diqqəti çəkirlər.

 

Qeyd edək ki, Holcim Azərbaycan şirkətinin də əsas səhmdarı LafargeHolcim-dir. Bu şikət dünyanın iki sement istehslçısı Fransanın Lafarge və İsvrçrənin Holcim şirkətnin birləşməsi nəticəsində yaranmışdır.

25.04.2017 04:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ