Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank valyuta gəlirinin yüksək olmasının səbəbini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank valyuta gəlirinin yüksək olmasının səbəbini açıqladı

PAŞA Bankın valyuta gəlirlərinin yüksək olması Bankın müştərilərinin valyuta əməliyyatlarının artması ilə bağlıdır.

 

“Marja”nın məlumatına görə, bunu Çərşənbə axşamı keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin  sədri Taleh Kazımov bildirib.

 

“2014-cü ildə müştərilərin valyuta əməliyyatları 1,5 milyard dollar ikən, 2016-cı ildə 4,3 milyard dollar olub. Yəni təxminən 3 dəfəyə yaxın artıb. Bu əməliyyatlar 2200 müştəri tərəfindən aparılıb. Müştərilərin ümumi dövriyyəsi 2 milyarddan 10 milyarda artıb. Valyuta əməliyyatlarının artması Bankın da mənfəətinin artmasında əks olunub”,- sədr deyib.

 

Qeyd edək ki,PAŞA Bankın 2016-cı ildə başa çatmış 12 ayı üzrə xalis mənfəəti 69 milyon 288 min manat təşkil edib, 2015-ci ildə bu göstərici 14 milyon 383 min manat təşkil etmişdi. Əməliyyat xərcindən və vergidən əvvəl mənfəət 175 milyon 52 min manat təşkil edib.

 

2016-cı ildə başa çatmış 12 ayı üzrə məcmu əməliyyat gəliri 186 milyon 499 min manat təşkil edib, bu isə 2015-ci ilin eyni dövrü üzrə əldə edilmiş 116 milyon 253 min manat ilə müqayisədə 60% artım deməkdir.  

 

Bankın faiz gəliri 157 milyon 502 min manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 82 milyon 3 min manat olmuşdur və bunun nəticəsi olaraq Bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 44% təşkil etmişdir. Bankın xarici valyutalardan xalis mənfəəti isə 68 milyon 813 min manat olub. Bu, rəqəm 2015-ci ildə 36 milyon manat olmuşdu.

25.04.2017 09:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ