“Layihələrin idarə edilməsi” təlimi - qeydiyyata start verildi!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir. Mərkəzimiz qabaqcıl yerli və beynəlxalq praktikanı əks etdirən təlim xidmətləri təklif edir. Təlimlərimiz maliyyə bazarı iştirakçılarının peşəkar inkişafı və ictimaiyyətin ümumi maarifləndirilməsini özünə məqsəd seçib.
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində “Layihələrin idarə edilməsi” təlimi üzrə qeydiyyatına START verildi!
Təlimin başlama tarixi: 20 may 2017 - cı il
Təlim günləri:
1) Şənbə günü: 14:00 – 19:00
2)Bazar günü : 14:00 – 19:00
Bu kursda siz layihələrin idarə edilməsinin əsaslarını, təşkilat daxilində sahənizlə bağlı kiçik və orta layihələri idarə etməyi öyrənəcəksiniz. Layihələr daxilində problemlərin müəyyənləşdirilməsi, nəzarət sisteminin qurulması, tədbirlərin planlaşdırılması və ümumi çətinliklərdən kənarlaşma yolları təlimdə ətraflı müzakirə olunacaq. Siz həmçinin layihələrə məxsus olan uğur amillərini və gizli riskləri aşkara çıxarmaqla, kiçik və orta ölçülü layihələri uğurlu idarə etmək üçün tələb olunan strategiyaları və texnikaları mənimsəyəcəksiniz.
Tədris dili: Azərbaycan dili
Təlimin ümumi qiyməti: 335 AZN
Təlimin müddəti: 20 saat
Qrup şəklində müraciət edən iştirakçılara endirimlər təklif olunur.
Təlimçi: Ramiz Məmmədli http://www.fmtc.az/az/telimciler/22
Təlim haqqında ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://www.fmtc.az/az/lahiyelerin-idare-edilmesi
Yekunda təlim iştirakçıları sertifikatla təltif olunacaq!
Təlimlə bağlı sual yarandıqda bizimlə əlaqə saxlayın:
Telefon: (+994)12 498 16 77
(+994)70 272 99 79
E-mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
31 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
39 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 41 d. əvvəl
- 44 d. əvvəl
-
50 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
57 d. əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl