Azərbaycan şirkəti 50 min ədəd köynəyin ixracına dair müqavilə imzaladı
Ağstafada yerləşən “Akkord Tekstil” fabriki xarici bazarlara məhsul ixracatını artırır.
“Akkord Tekstil” məhdud məsuliyyətli cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən birirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2008-ci il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində “Akkord Tekstil” fabrikinin açılışını etmişdir. Ölkə başçısının müvafiq tapşırığına əsasən təsis edilmiş fabrik öz əməkdaşlıq çevrəsini xarici ölkələrə doğru genişləndirməkdədir. Məlum olduğu kimi İtalyanın “Elle-Elle” şirkəti ilə əməkdaşlıq edən tekstil fabrikinin məhsulları artıq “Made in Azerbaijan” yazısı ilə Avropaya ixrac olunmaqdadır.
“Marja” xəbər verir ki, Aprelin 25-də “Akkord Tekstil” fabrikində daha bir əlamətdar tədbir təşkil olunub. Belə ki, İtalyanın “Elle-Elle” şirkəti ilə 50 min ədəd köynəyin ixracına dair rəsmi müqavilənin imzalanması mərasimi keçirilib.
Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Elle-Elle” şirkətinin əməkdaşı mister Levent Atilla, İngilis iş adamı Ceyms Riçard və fabrikin əməkdaşları iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları fabrikin tikiş sahələrini gəzdilər, iş prosesinə tamaşa etdilər və istehsal olunan məhsullarla yaxından tanış oldular.
İngiltərədən gəlmiş iş adamı ilə müvafiq əməkdaşlıq müqaviləsi bağlanmışdır ki, bu da “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklərin “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və bu kimi digər məşhur ticarət markaları ilə yerli və xarici bazarlarda təmsil olunmasına səbəb olacaqdır. Dünən həmçinin əlavə olaraq daha on min ədəd köynək İtaliyaya yola salınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl