Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"AzRusTrans": Rusiyadan Gürcüstana taxıl daşımağa başlamışıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AzRusTrans": Rusiyadan Gürcüstana taxıl daşımağa başlamışıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın və Rusiyanın ötən il birgə təsis etdiyi "AzRusTrans" müştərək müəssisəsi regionda tranzit daşımalar üzrə fəaliyyətini genişləşdirib. 

 

Bu barədə açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.

 

Onun sözlərinə görə, şirkət Azərbaycan üzərindən Rusiya taxılını Gürcüstana tədarük etməyə başlayıb.

 

"Azərbaycan üzərindən tranzit yüklərin daşınması ilə bağlı yeni layihənin icrasına başlamışıq. Belə ki, Amerikanın aqrar sahədə ixtisaslaşmış "Bunge" və İsveçrənin "Glencore İnternational" şirkətinin Rusiyada nümayəndəliyi fəaliyyət göstərir. Bu şirkətlərlə əldə etdiyimiz razılaşma əsasında onların Gürcüstana tədarük etməli olduqları yükü "AzRusTrans" çatdırır. Tərəflərlə 14 min tona yaxın taxılın daşınmasına dair razılıq əldə etmişik və mart ayında 8 min ton Azərbaycan üzərindən Rusiyadan Gürcüstana çatdırılıb. Apreldə həmin yükün 6 min tonu daşınıb. May ayında da bu proses davam edəcək",- C.Quliyev deyib.

 

Azərbaycan üzərindən tranzit yüklərin daşınmasının üstünlüklərini qeyd edən C.Quliyev bildirib ki, indiyə qədər Rusiyadan Gürcüstana taxıl Azov dənizi - Qara dəniz hövzəsindən keçirilərək Batumiyə çatdırılır, oradan isə yük Qardabani şəhərinə gedib: "Yüklərin Azərbaycan üzərindən daşınması isə həm vaxt, həm təhlükəsizilik, həm də iqtisadi baxımdan olduqca əlverişlidir. Bir müddət əvvəl Azərbaycanda dəmiryolu daşımalarının tarifləri yüksək idi, lakin daha sonra tariflər xeyli optimallaşdırıldı və bu, məhz tranzit daşımalara üstünlük verilməsinə səbəb oldu. Digər məsələ təhlükəsizlikdir. Belə ki, gəmi daşınmaları ilə müqayisədə dəmiryolu daşınmaları çox etibarlıdır. Eyni zamanda gəmidə qiymətlər daim dəyişir, üstəlik gəmi normasını da nəzərə almaq lazımdır".

 

© Report

26.04.2017 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ