"AzRusTrans": Rusiyadan Gürcüstana taxıl daşımağa başlamışıq
Azərbaycanın və Rusiyanın ötən il birgə təsis etdiyi "AzRusTrans" müştərək müəssisəsi regionda tranzit daşımalar üzrə fəaliyyətini genişləşdirib.
Bu barədə açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycan üzərindən Rusiya taxılını Gürcüstana tədarük etməyə başlayıb.
"Azərbaycan üzərindən tranzit yüklərin daşınması ilə bağlı yeni layihənin icrasına başlamışıq. Belə ki, Amerikanın aqrar sahədə ixtisaslaşmış "Bunge" və İsveçrənin "Glencore İnternational" şirkətinin Rusiyada nümayəndəliyi fəaliyyət göstərir. Bu şirkətlərlə əldə etdiyimiz razılaşma əsasında onların Gürcüstana tədarük etməli olduqları yükü "AzRusTrans" çatdırır. Tərəflərlə 14 min tona yaxın taxılın daşınmasına dair razılıq əldə etmişik və mart ayında 8 min ton Azərbaycan üzərindən Rusiyadan Gürcüstana çatdırılıb. Apreldə həmin yükün 6 min tonu daşınıb. May ayında da bu proses davam edəcək",- C.Quliyev deyib.
Azərbaycan üzərindən tranzit yüklərin daşınmasının üstünlüklərini qeyd edən C.Quliyev bildirib ki, indiyə qədər Rusiyadan Gürcüstana taxıl Azov dənizi - Qara dəniz hövzəsindən keçirilərək Batumiyə çatdırılır, oradan isə yük Qardabani şəhərinə gedib: "Yüklərin Azərbaycan üzərindən daşınması isə həm vaxt, həm təhlükəsizilik, həm də iqtisadi baxımdan olduqca əlverişlidir. Bir müddət əvvəl Azərbaycanda dəmiryolu daşımalarının tarifləri yüksək idi, lakin daha sonra tariflər xeyli optimallaşdırıldı və bu, məhz tranzit daşımalara üstünlük verilməsinə səbəb oldu. Digər məsələ təhlükəsizlikdir. Belə ki, gəmi daşınmaları ilə müqayisədə dəmiryolu daşınmaları çox etibarlıdır. Eyni zamanda gəmidə qiymətlər daim dəyişir, üstəlik gəmi normasını da nəzərə almaq lazımdır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl