Yaponiya faizi dəyişdirmədi
Yaponiya Mərkəzi Bankının (BOJ) toplantısında faiz dərəcəsi (-0,10%) və təşviq məbləği dəyişdirilməyib, lakin inflyasiya proqnozu aşağı salınıb. Bu vəziyyət, daha əvvəl bənzəri görülməmiş böyüklükdə monetar təşviqdən çıxışın hələ çox uzaqda olduğunu vurğulayır.
"Marja" xəbər verir ki, BOJ, Cümə axşamı günü keçirdiyi toplantının ardından verdiyi açıqlamada, qiymətləri yuxarı istiqamətdə dəstəkləmək üçün (inflyasiyanı artırmaq üçün) faiz dərəcələrindən və qiymətli kağız alışlarından istifadə edilməkdə davam ediləcəyini qeyd edib. Bu qərar, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların hamısı tərəfindən təxmin edilmişdi.
Qlobal tələbatdakı artım Yaponiyanın ixracatını dəstəkləyərkən, iqtisadi artıma cüzi bir töhfə verir. Dörd ildir həyata keçirilməkdə olan qeyri-adi təşviq inflyasiyada yalnız kiçik artımlara səbəb olub. BOJ sədri Haruhiko Kuroda, ötən həftə verdiyi açıqlamada, inflyasiyanın olduqca sakit olmasından dolayı, monetar təşviq siyasətinin və aktiv alışlarının daha bir müddət davam edəcəyini qeyd etmişdi. Bu vəziyyət, BOJ-un ABŞ və Avropa mərkəzi banklarından nə qədər geridə qaldığını işarə edir.
İnflyasiya BOJ-u məyus edir. İqtisadi toparlanmanın inflyasiyada necə və nə vaxt əks olunacağı aydın deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
51 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır