Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

21-i mənfəətlə, 11-i zərərlə ilk rübü bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
21-i mənfəətlə, 11-i zərərlə ilk rübü bağlayıb

Bu ilin birinci rübündə Azərbaycan bank sektorunun xalis mənfəəti 127 milyon 211,32 min manat təşkil edib. 

 

Mənfəətlə işləyən bankların xalis mənfəəti 173 milyon 304,5 min manat, zərərlə işləyən bankların xalis zərəri isə 46 milyon 93,18 min manat olub. Qeyd edək ki, birinci rübü ölkədə fəaliyyət göstərən 32 bankdan 21-i mənfəətlə, 11-i zərərlə yekunlaşdırıb.

 

Bu barədə bankların rüblük maliyyə hesabatlarından  məlum olur.

 

Mənfəətlə işləyən bankların mənfəətinin 52%-i və ya 90 mln. manatı Azərbaycan Beynəlxalq Bankının payına düşüb.  

 

Xatırladaq ki, bankların bəzilərinin birinci rübü zərərlə yekunlaşdırması onların aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırması nəticəsində olub.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata əsasən, cari ilin yanvar-fevral ayları ərzində bank sektorunun xalis mənfəəti 50,0 mln. manat olub.

 

© Report

27.04.2017 08:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ