İcra başçılarının iştirakı ilə "Çimərlik turizmi" toplantısı keçirilib
Lənkəranda “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının vəziyyətinə dair mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə görüş keçirilib.
Görüşdə Lənkəran, Masallı, Neftçala və Astaranın icra hakimiyyəti başçıları, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak edib.
Nazir qeyd edib ki, Azərbaycanda digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də böyük potensial var. Ə. Qarayev ölkədə mövcud olan çimərliklərin vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb.
Çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlanaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırılır.
Görüşdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov turizm sənayesinin inkişaf etdirilməsində bölgənin böyük potensialının olduğunu deyib. Qeyd edib ki, hazırda Lənkəranın dəniz sahili ərazilərində bir sıra çimərliklər fəaliyyət göstərir. Lakin onların mövcud standartlara çatdırılması istiqamətində birgə işlərin görülməsinin vacibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 48 d. əvvəl
- 48 d. əvvəl
- 53 d. əvvəl
-
58 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl