Sığorta bazarındakı son vəziyyət açıqlandı
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlərisə 60 milyon 292 min manat təşkil edib. Bu barədə "Marja"ya Mailyyə Bazarlarına Nəzrət Palatasından bldirilib.
Qeyd edək ki, 2016-cı ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən 152 milyon 394 min manat sığorta haqları hesablanmış, 52 milyon 578 min manat ödənişlər həyata keçirilmişdi. Beləliklə, sığortada yığımlar azalır, ödənişlər artır.
Cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cıilin müvafiq dövründə bu göstərici 35 manat olub.
Könüllü sığorta bazarı
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 milyon 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 milyon 344 min manata yüksəlib.
İcbari sığorta bazarı
İcbari sığorta növləri üzrə yığımlar 38 milyon768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon315 min manat və ya 11% artım deməkdir.
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərindəöz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl