Dünyanın ən böyük bankları neft proqnozlarını dəyişdi

Dünyanın ən böyük banklarından olan “JP Morgan” 2017-ci il üçün “Brent” və Qərbi Texas növü “Layt” markalı neftlər üzrə qiymət proqnozunu dəyişib.

 

“JP Morgan” “Brent” markalı neftin orta qiymətinin gələn il 58,25 dollar/barrel, “Layt” neftinin isə 56,25 dollar/barrel olacağını proqnozlaşdırır.

 

"HƏTTA 70 DOLLARI KEÇƏ BİLƏR"

 

ABŞ-ın qabaqcıl banklarından olan “Citibank” 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barrel səviyyəsində olacağını nəzərdə tutur. Banka görə, neftin qiyməti hətta 70 dollar/barrel səviyyəsini də keçə bilər.

 

Bankın hesabatına əsasən, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv olmayan 11 neft hasilatçısı ölkələr Vyana razılaşmasına tam əməl edərlərsə, gələn ilin birinci rübündə dünyada neft ehtiyatları üçdəbir dəfə azala bilər. Razılaşma neft bazarında tarazlığın tezliklə bərpa olunacağından xəbər verir.

 

Hesabatda bildirilir ki, neft hasilatçısı ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsələr, yəni istehsalı gündəlik 1,8 milyon barrel azaltmasalar belə dünya üzrə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq.

QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >

 

©Azərtac

21 Dekabr 2016 , 08:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin