Satıla biləcək əmlakının dəyəri məlum oldu
“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır
Ləğv olunan “Bank Standard”ın satıla biləcək əmlakının dəyəri məlum olub.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) İcraçı direktoru Azad Cavdov məlumat verib.
O bildirib ki, bankın satıla biləcək əmlakının ümumi dəyəri 46 milyon manatdır. "Bank Standard"ın bocu isə 1,2 milyard manatdır.
Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də Kreditorlar Komitəsinin ilk iclasını keçirir. İclasda çıxış edən ADIF-in icraçı direktoru Azad Cavadov bildirib ki, ləğvetmə prosesində olan banklardakı 3,2 mlrd. manat vəsaitin 1,2 mlrd. manatı “Bank Standard”dadır. Bu pul 150 minə yaxın əmanətçiyə məxsusdur.
direktoru Azad Cavadov məlumat verib ki, ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfeli bu il martın sonuna 747,4 mln. manat təşkil edib.
Onun sözlərinə görə, bu kreditlər 24 026 fiziki və hüquqi şəxsə verilib: “Bank Standard”ın işlək kreditlərinin həcmi 40,5 mln. manatdır ki, bunun da 33,3 mln. manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditlər isə 707 mln. manatdır. Bunun isə 271,2 mln. manatı təminatlı kreditlərdir. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”.
A.Cavadov onu da əlavə edib ki, audit şirkətlərinin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimal edilən likvid vəsait 112,3 mln. manat olacaq. Bankın satıla biləcək əmlakının dəyəri isə təxminən 46 mln. manatdır.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 44 d. əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl