“Layihələrin idarə edilməsi” təlimi - qeydiyyata START verildi!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir. Mərkəzimiz qabaqcıl yerli və beynəlxalq praktikanı əks etdirən təlim xidmətləri təklif edir. Təlimlərimiz maliyyə bazarı iştirakçılarının peşəkar inkişafı və ictimaiyyətin ümumi maarifləndirilməsini özünə məqsəd seçib.
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində “Layihələrin idarə edilməsi” təlimi üzrə qeydiyyata START verildi!
Təlimin başlanma tarixi: 20 may 2017 - cı il
Təlim qrafiki: Şənbə: 14:00 – 19:00
Bazar: 14:00 – 19:00
Bu kursda siz layihələrin idarə edilməsinin əsaslarını, təşkilat daxilində sahənizlə bağlı kiçik və orta layihələri idarə etməyi öyrənəcəksiniz. Layihələr daxilində problemlərin müəyyənləşdirilməsi, nəzarət sisteminin qurulması, tədbirlərin planlaşdırılması və ümumi çətinliklərdən kənarlaşma yolları təlimdə ətraflı müzakirə olunacaq. Siz həmçinin layihələrə məxsus olan uğur amillərini və gizli riskləri aşkara çıxarmaqla, kiçik və orta ölçülü layihələri uğurlu idarə etmək üçün tələb olunan strategiyaları və texnikaları mənimsəyəcəksiniz.
Tədris dili: Azərbaycan dili
Təlimin ümumi qiyməti: 335 AZN
Təlimin müddəti: 20 saat
*Qrup şəklində müraciət edən iştirakçılara endirimlər təklif olunur.
Təlimçi: Ramiz Məmmədli http://www.fmtc.az/az/telimciler/22
Təlim haqqında ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz : http://www.fmtc.az/az/lahiyelerin-idare-edilmesi
Yekunda təlim iştirakçıları sertifikatla təltif olunacaq!
Bizimlə əlaqə saxlayın:
(+994 12) 498 16 77
[email protected]
www.cmtc.gov.az
Qeydiyyatdan keçməyə tələsin!
Yerlər məhduddur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl