Barama istehsalı 300 tona çatarsa, “Şəki-İpək” 8-10 ay fasiləsiz işləyəcək
Uzun illər fasilədən sonra keçən il Azərbaycanda 71 tona yaxın yaş baramanın istehsal olunması “Şəki-İpək” ASC-nin fəaliyyətinə də müsbət təsir göstərib. Bunun nəticəsidir ki, ötən il müəssisəmiz 4 ay fasiləsiz işləyib və 430 nəfər işlə təmin olunub. Bu il ölkəmizdə 300 tonadək barama istehsal olunarsa, ən azından, 8-10 ay 450-500 nəfəri işlə təmin edə biləcəyik. Gələcəkdə barama istehsalı 400 tona çatarsa, müəssisəmiz ilboyu fəaliyyət göstərəcək.
Bu sözləri “Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribov müsahibəsində deyib.
Müəssisə rəhbəri bildirib ki, ötən il Çin Xalq Respublikasından gətirilmiş ipəkqurdu toxumları çox yaxşı məhsul verib. Emal prosesində də heç bir problem olmayıb. Bu ipəkqurdlarının bəslənilməsi daha asandır, az yem sərf edir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il də həmin toxumlardan sifariş olunaraq respublikamıza gətirilib.
Nizami Qəribovun dediyinə görə, ilk məhsul mayın axırı, iyunun 1-2-nə gözlənilir. İyunun 3-4-dən etibarən məhsulun çıxışı xeyli sürətlənəcək. Ümumiyyətlə, iyunun sonunadək barama tədarükü tam yekunlaşacaq.
“Barama kənd təsərrüfatı məhsulları içərisində qısa müddət ərzində nəticə əldə olunan ən sərfəli məhsullardan biridir. Taxılı da, pambığı da, digər məhsulları da bir neçə ay gözləmək lazımdır. Ancaq barama qısa müddət ərzində məhsul verir və istehsalçı da tez gəlir əldə edir. Bu baxımdan, barama yetişdirmək istehsalçılar üçün çox sərfəlidir”, - deyə müəssisə rəhbəri bildirib.
İlham Quliyev: Bu il barama istehsalını 250 tona çatdırmağı planlaşdırırıq
Çin Xalq Respublikasından gətirilmiş 6 min qutu yüksək keyfiyyətli barama toxumu hesabına bu il barama istehsalını 250 tona çatdırmağı planlaşdırırıq. Bu, keçən ildəkindən 3,5 dəfə çoxdur. İpəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən proqrama uyğun olaraq barama istehsalının hər il artırılması nəzərdə tutulur.
Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qax Damazlıq İpəkçilik Stansiyasında aran rayonlarının kümçülərinə ipəkqurdlarının paylanılması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə müsahibəsində bildirib.
Dövlət tərəfindən baramaçılığın inkişafına böyük dəstək göstərildiyini vurğulayan nazir müavini bu il yaş baramanın hər kiloqramına 5 manat subsidiyanın veriləcəyini, eyni zamanda, “Şəki-İpək” ASC tərəfindən də istehsalçılara 4 manat ödəniləcəyini diqqətə çatdırıb. “Ümumilikdə, təhvil verdiyi bir kiloqram yaş barama üçün istehsalçı 9 manat alacaq. Bu, istehsalçılara çox böyük dəstəkdir, qısa zaman ərzində xeyli əlavə gəlir deməkdir. Orta hesabla bir kümçü mövsüm ərzində 200-300 kiloqram barama təhvil versə, 1800-2700 manat qazanc əldə edəcək, ailələrin gəlirləri artacaq”, - deyə İlham Quliyev bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl