Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qeyri-rəsmi məşğulluqla mübarizə mənzillərin qiymətlərini artıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-rəsmi məşğulluqla mübarizə mənzillərin qiymətlərini artıra bilər

Haqlı olaraq hökumət tərəfindən tikinti sektorundakı qeyri-rəsmi məşğulluğa qarşı mübarizə gücləndirilib. Bu tədbirlər işləyənlərin xeyrinədir. Əmək müqaviləsi işçinin hüquqlarının qarantıdır. Əmək müqaviləsi olmadıqda haqsızlıq,  istehsalatda qəza və digər hallaqrda işçi hüquqlarını qoruya bilmir.  

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin Fərmanı ilə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradıldı.

 

Mərkəz qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacaqdır.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi  50 ştat vahidi artırılacaq.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Obyektlərdə, xüsusilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq.

 

Kameralar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə quraşdırılacaqdır. 

 

Monitorinq Mərkəzi tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparacaq. İlk öncə işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistem yaradılacaq.

 

Müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları  göndəriləcək.

 

Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti dövlət orqanına göndəriləcəkdir.

 

 

"Marja"nın proqnozuna görə, mexanizm işə düşdükdən sonra tikinti şirkətlərinin qanunsuz işçi çalışdırması çətinləşəcək. Tikinti şirkətləri fəhlələr ilə əmək müqaviləsi bağlamaq məcburiyyətində qalacaq, bu da onların vergi və sosial müdafiə ödənişlərinin xeyli artması ilə nəticələnəcəkdir. Əməkhaqqı tikintidə maya dəyərinin formalaşmasında əsas xərclərdən biridir. Əməkhaqqı fondu artacağından tikintinin maya dəyəri də artacaqdır. Maya dəyərinin artması mənzillərin qiymətlərində də əks oluna bilər.

 

Ola bilər ki, gələcəkdə bazardakı rəqabət qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınmasına yönəlmiş tədbirlərdən qaynaqlanan qiymət artımını aradan qaldırsın. İstənilən halda, qeyri-rəsmi məşğulluğa qarşı görülən tədbirlələr təqdirəlayiqdir.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!

02.05.2017 05:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ