Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da 24 ildən sonra maye yanacağa verginin artırılması gündəmdədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da 24 ildən sonra maye yanacağa verginin artırılması gündəmdədir

 
ABŞ Prezidenti Donald Trump, 24 il fasilədən sonra ABŞ-da ilk dəfə benzin və dizel yanacağına federal vergi faizlərini artıra biləcəyi siqnalını verib.


 
"Marja" xəbər verir ki, Trump, "Bloomberg News"a verdiyi müsahibədə, daha əvvəl vəd etdiyi 1 trilyon dollarlıq infrastruktur xərcləri üçün mənbə yaradılması məqsədilə ABŞ-da satılan benzin və dizel yanacağına federal vergi nisbətlərini yüksəltməyi düşündüyünü bildirib.


 
Həmin vergilərdən əldə olunacaq gəlirə toxunan Trump, "Bu pulu avtomobil yollarına ayıra bilərik. Bu, mütləq nəzərə alacağam bir məsələdir" - ifadəsini istifadə edib.


 
"Ağ Ev"in Büdcə və İdarəçilik Ofisinin direktoru Mick Mulvaney, 20 Apreldə verdiyi açıqlamada, planlaşdırılan infrastruktur xərclərinin 5-də biri olan təxminən 200 milyard dollarlıq hissənin dövlət, qalanının isə özəl sektor tərəfindən maliyyələşdirilməsinin planlaşdırdığını bildirmişdi.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!


 
Trumpın benzin və dizelə vergiləri artırmasının dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da xalq tərəfindən mənfi qarşılanacağına diqqəti çəkən mütəxəssislər, infrastruktura dəstək ola biləcəyi üçün bu planın ölkədəki nəqliyyat qurumları tərəfindən dəstəkləndiyini vurğulayırlar.


 
 Klinton büdcə kəsirini bağlamaq üçün vergi dərəcələrini artırmışdı


 
 ABŞ-da benzin və dizelə federal vergi dərəcələri sonuncu dəfə 1993-cü ildə dövrün prezidenti Bill Klinton tərəfindən artırılmışdı.


 
 Artan vergisdən əldə edilən gəliri 1993-də büdcə kəsirini bağlamaq üçün istifadə edən Klinton, 1997-ci ildə bu gəlirləri "AvtomobilYolları  Fonuna" yönəltmişdi.


 
 Sözügedən fondun vəsaitləri, ölkədə yeni avtomobil yolları inşa etmək və mövcud yolları təmir etmək üçün istifadə edilir. Ölkənin strateji xam neft ehtiyatlarından edilən satışdan əldə edilən gəlir də bu fonda köçürülür.


 
 ABŞ Nəqliyyat Nazirliyinin məlumatlarına görə, ölkədə 6,7 milyon kilometr avtomobil yolu mövcudur. ABŞ-ın ardına 5,6 milyon kilometrlə Hindistan və 4,8 milyon kilometrlə də Çin gəlir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

02.05.2017 05:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ