1,5 milyard manatlıq vergi borcları
Azərbaycanda vergi ödəyicilərinin ümumi borcları 1 dekabr tarixinə 1 mlrd. 527 mln. manat təşkil edir. Bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.
Bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Qanun layihəsi qəbul olunarsa, vergi ödəyicilərinin borcu 900 mln. manatadək azalacaq”, - deyə N.Şirinov əlavə edib.
Vergi borclarının strukturunda, 904,3 mln. manat - əsas vergi borcu, 237,1 mln. manat - maliyyə sanksiyası, 386,4 mln. manat - faiz borcudur.
Baş idarə rəisi bildirib ki, faiz məbləğlərində əsasən dövlət büdcəsinin daxilolmasında əhəmiyyətli rol oynayan 7 iri vergi ödəyicisindən yalnız "Azərsu" ASC-nin 20,8 mln. manat faiz borcu, 2,2 mln. manat maliyyə sanksiyası bu gün onun şəxsi vərəqində mövcuddur.
Komitənin iclasının yekunlarına dair qanun layihəsi 30 dekabr tarixində keçiriləcək Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
59 d. əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl